Putin Belarus XİN rəhbərinin ölümündə ittiham olunur – Ondan nəyin qisası alınıb?

Putin Belarus XİN rəhbərinin ölümündə ittiham olunur – Ondan nəyin qisası alınıb?

Belarusun xarici işlər naziri Vladimir Makeyin ölümü haqqında səs-küylü iddialar yayılıb.

 

Sfera.az bildirir ki, nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra intihar etdiyi irəli sürülüb. Bu barədə Belarus mediasında məlumat dərc olunub. Naşa Nivanın qeyd etdiyi son məlumatda Makeyin Ermənistanda keçirilən sammitə qatıldığı, burada Putinlə görüşdüyü xatırladılıb. Adları açıqlanmayan və Makeyini yaxşı tanıyanlar onun getdikcə özünü “lazımsız” və “dəyərsiz” hiss etdiyini söyləyib.

 

“Yahoo News”un xəbərinə görə, Putinin 2030-cu ilə qədər Belarusu Rusiya ərazisinə birləşdirmək istədiyini öyrənən Makey buna etiraz edib və nazirin ölümü məhz bu hadisədən sonra baş verib. Digər tərəfdən, Naşa Niva Makeyinin şəxsi həyatında problemlər yaşadığını da iddia edib. Onun öldüyü zaman oğlu və həyat yoldaşının yanında olmadığını xatırladan mətbuat  Lukaşenkonun və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Makeyinin dəfnində iştirak etmədiyini vurğulayıb.

 

Nazirin ölüm səbəblərindən birinin zəhərlənmə olduğu ehtimal olunub. Belə ki, Makeyinin Ermənistanda qatıldığı sammitdə ruslar tərəfindən zəhərləndiyi irəli sürülüb. Rusiyalı iş adamı və müxalifət fəalı Leonid Nevzlin isə sözügedən iddiaları dəstəkləyən çıxış edib. O, bildirib ki, Makeyi özəl laboratoriyada istehsal olunan zəhərlə öldürülüb. Gün ərzində səslənən iddialara rəsmi qurumlardan hələ ki, cavab verilməyib.

 

Xatırladaq ki, Belarusun xarici işlər naziri Vladimir Makey ötən ilin noyabrında qəflətən dünyasını dəyişib. 64 yaşlı Makeyi 2012-ci ilin avqustundan Belarusun xarici işlər naziri vəzifəsində çalışıb. Rəsmilər Makeyinin infarkt nəticəsində öldüyünü bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR