“Ukrayna savaşı bir il də uzana bilər” – Britaniyanın müdafiə naziri

“Ukrayna savaşı bir il də uzana bilər” – Britaniyanın müdafiə naziri

“Ukraynadakı münaqişə daha bir il də davam edə bilər”.

 

Sfera.az bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

 

O qeyd edib ki, Rusiya təkcə Ukrayna xalqının deyil, öz əsgərlərinin həyatına da tam etinasızlıq nümayiş etdirir: “Bir ildir ki, Putinin səhvi və təcavüzü nəticəsində 188 min, hətta daha çox rus əsgəri ölüb və ya yaralanıb”.

 

Nazir bildirib ki, hazırda NATO ölkələrinin əlində olan təyyarələr Ukraynaya verilə bilər.

 

“Müharibə NATO-nun münaqişəsi deyil. Amma mənə elə gəlir ki, Şərqi Avropa ölkəsinin MiQ-29-ları tədarük etməsi ilə bağlı artıq söhbətlər gedir... Biz NATO-nun yox, alyansın üzvü olan bəzi ölkələrin hava qüvvələrinin avadanlığının və ya MiQ-29-nun yerləşdirildiyini görəcəyik”, - Uolles əlavə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR