Ukrayna savaşının bir ili: ABŞ-ın əsl PLANI bəlli oldu

Ukrayna savaşının bir ili: ABŞ-ın əsl PLANI bəlli oldu

Sabah Rusiya-Ukrayna savaşının bir ili tamam olur.

 

Müharibənin iqtisadi təsirləri ilə bağlı Sfera.az-a danışan ekspert Eldəniz Əmirov deyib ki, bu müddət ərzində qalib gələn tərəf ABŞ olub:

 

“”S&P Global Commodity Insights”ın hazırladığı hesabatlara əsasən, ötən il təkcə  II və III rüblərdə ABŞ-ın publik neft-qaz şirkətlərinin ümumi xalis mənfəəti 200,24 milyard dollar təşkil edib. Cəmi beş rübə qazanc bir trilyon dolları keçib. Hələ ondan sonrakı vaxtlarda Rusiyanın boşaltdığı qaz bazarını Vaşinqton öz LNG-si ilə (sıxılmış maye qaz) doldurur. Təhlil onu göstərir ki, Rusiyanı qısa müddətdə məğlub hala gətirmək ABŞ-nın planında yoxdur, hər şey tədricən olmalıdır. Rusiyanın boşaltdığı hər sahəni ABŞ və onun izn verdiyi tərəfdaşları doldurmalıdır”.

 

İqtisadçı qeyd edib ki, daha çox zərər əvvəlcə Ukraynaya, sonra Rusiyaya dəyib:

 

“Ukraynaya dəymiş zərər trilyon dolları geridə buraxacaq. Zərərin birinci komponenti birbaşa infrastruktur itkiləridir, bu da yüz milyardlarla dollarla ölçülür. Digər kompanent hərbi infrastruktur və digər mülki xərclərdir - onun da məbləğinin hələ müharibənin ikinci ayında 300 milyard dollara bərabər olduğu söylənilirdi. İndiyə qədər bu məbləğ dəfələrlə artıb. Üçüncü bir komponent isə Ukrayna iqtisadiyyatının itkiləridir. Qaçırılmış fürsətlər, itirilmiş mənfəətlər, sərmayə qoyulmamış investisiyalar və digər neqativlər Ukrayna iqtisadiyyatına trilyon dollardan artıq zərər vurdu. 

 

Rusiya infrasturkturların dağıdılması baxımından Ukrayna ilə müqayisədə yaxşı hesab edilə bilsə də, iqtisadi zərər və strateji baxımdan heç də yaxşı deyil. Düzdür, Rusiyanın rəsmi statistika qurumunun açıqlamasına görə Rusiya iqtisadiyyatı 2022-ci ildə 2.1 faiz kiçilib. Amma bu statistikanın reallığı əks etdirmədiyini, azalmanın daha çox olduğunu düşünürəm. Ötən il bir müddət ümumiyyətlə rəsmi statistikaların verilməsi qadağan edildi, ələxsus da neft-qaz statistikası gizlədildi. Odur ki, azalmanın çox olması və qarşıdakı müddətdə davam etməsi qaçılmazdı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR