Şarl Mişelin vasitəçiliyi ilə növbəti üçtərəfli görüş planlaşdırılır

Şarl Mişelin vasitəçiliyi ilə növbəti üçtərəfli görüş planlaşdırılır

Yaxın günlərdə Brüsseldə Azərbaycan və Ermənistan təmsilçilərinin iştirakı ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə görüş planlaşdırılır.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik brifinqində deyib.

 

O, qeyd edib ki, ABŞ bu görüşdən nəticə gözləyir və dövlətlər Azərbaycan-Ermənistan danışıqlarına həddindən artıq optimist yanaşmasalar da, onları dəstəkləməyə çalışırlar.

 

Xatırladaq ki, bundan əvvəl Blinken son bir neçə ay ərzində danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu qeyd edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR