Qlobal borcun həcmində azalma qeydə alındı - 2015-dən sonra BİR İLK

Qlobal borcun həcmində azalma qeydə alındı - 2015-dən sonra BİR İLK

Son 7 ildə qlobal borcun həcmində ilk dəfə azalma qeydə alınıb. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Beynəlxalq Maliyyə İnstitutunun (IIF) araşdırmasına görə, pandemiya və inflyasiyadan sonra qlobal artımın bərpası qlobal iqtisadiyyatda dollar əsaslı borc yükünün 2015-ci ildən bəri ilk dəfə olaraq azalmasına şərait yaradıb. 


Ötən il qlobal borc 299 trilyon dollara düşüb. Borc yükününü azalması inkişaf etmiş ölkələrin sayəsində mümkün olub. İnkişaf etməkdə olan ölkələrin isə borcu rekord həddə qalxıb. 


IIF-nin “Qlobal borc monitorinqi” hesabatına əsasən qlobal borcun həcmi 2022-ci ildə təqribən 4 trilyon dollar azalıb. 


Yüksək inflyasiyanın təsiri ilə qlobal borcun qlobal ÜDM-ə nisbəti 12 faiz bəndi azalaraq 338 faizə düşüb. İnkişaf etmiş iqtisadiyyatların borcunun ÜDM-ə nisbəti 20 faiz bəndi azalaraq 390 faiz təşkil edib. İnkişaf etməkdə olan bazarların borc yükünün ÜDM-ə nisbəti 2 faiz bəndi artaraq 250 faizə çatıb. 


Borcların bölgüsünə baxsaq, 2022-ci ilin sonuna qədər ev təsərrüfatlarının borcları 57 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcu 89,7 trilyon dollar, dövlət borcu 84,1 trilyon dollar, banklar və digər maliyyə şirkətlərinin borcu 68,1 trilyon dollar olub. 


İnkişaf etmiş iqtisadiyyatların ümumi borcu 2022-ci ildə 200,8 trilyon dollar təşkil edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR