Türkiyəli nazir ABŞ-a Güləni gətirməyə gedəcək

Türkiyəli nazir ABŞ-a Güləni gətirməyə gedəcək

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ terrorçu Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a yollanacaq.

Sfera.az Türkiyə KİV-ə istinadən bildirir ki, nazir bu ayın sonunda Gülənin ekstradisiyası üçün ABŞ-a gedəcək və həmkarı ilə görüşəcək. B.Bozdağ bildirib ki, F.Gülənin cinayət əməllərini sübuta yetirəcək bütün lazımi sənədlər təqdim edilib.

"Gülən üçün hazırlanmış sənədlərdə hər şey qeyd edilib. Əgər bu sənədə uyğun Gülən təhvil verilməzsə, başqa hansı sənədlərlə bu mümkün olacaq?. Sənədlərdə 500 minə yaxın rəqəmsal məlumatlar toplanıb. ABŞ terror təşkilatına göz yummamalıdır”, deyə nazir əlavə edib.


OXŞAR XƏBƏRLƏR