“Türkiyənin şimal sərhədində kürd dövləti yaratmaq istəyirlər” – Açıqlama

“Türkiyənin şimal sərhədində kürd dövləti yaratmaq istəyirlər” – Açıqlama

Türkiyə, İran, Suriya və Rusiya xarici işlər nazirlərinin dördtərəfli görüşünün mümkünlüyünə hazırlıq işləri görülür.

 

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

 

Onun sözlərinə görə, İran danışıqlar prosesinə qoşulmaq arzusunu bəyan edib.

 

Görüşün məqsədləri ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri Türkiyənin son hərbi əməliyyatlarının bəzi dövlətləri ciddi narahat etdiyini deyib:

 

“Dördtərəfli görüşün əsas məqsədi Türkiyənin təhlükəsizlik məsələsi ilə əlaqədardır. Çünki Türkiyədə baş verən son terror hadisəsindən sonra Türkiyə İraqın şimal hissəsində hərbi hava əməliyyatı keçirdi və bir çox terrorçu hərbi obyektlərini darmadağın etdi. Bundan sonra isə Suriyanın şimalında quru əməliyyatlarının keçiriməsi ilə bağlı anons verdi. Bu isə bir sıra dövlətlərin, həmçinin PKK-nın YPG və PYD terrorçu qruplarını silahlandıran ABŞ-ı hərəkətə keçirib. ABŞ Türkiyəni bu niyyətindən vaz keçirməyə çalışır. Rusiya da bu əməliyyatların regionda təhlükəsizliyi təhdid edəcəyi ilə bağlı fikirlər səsləndirib.

 

Ona görə də Rusiya tərəfindən Rusiya-Türkiyə-Suriya rəhbərlərinin görüşünün keçirilməsi təklif edildi. Bu yöndə müəyyən addımlar atıldı və Türkiyə təhlükəsizliklə bağlı istəklərinin qarşısının alınmaması şərti ilə təklifə qarşı çıxmadı. Lakin Rusiya sonradan əsas dəstəkçilərindən biri İranı oyundan kənar saxlamamaq üçün hərəkətə keçib. Ancaq düşünürəm ki, İran dağıdıcı ünsürdür və İranın olduğu danışıq formatında hansısa ciddi hərbi-siyasi uğura imza atıla bilməz. Hər bir halda dördlü format razılaşdırılıb və Suriyanın gələcəyi məsələsi də müzakirə ediləcək”.

 

Politoloq dörd dövlətin yalnız bir ortaq marağının olduğunu qeyd edib:

 

“Dörd dövlətin ortaq fikri ondan ibarətdir ki, Suriyanın ərazi bütpvlüyü və suverenliyi təmin olunmalıdır. Lakin bu xüsusda Türkiyənin tələbləri var. Məsələn, bir tərəfdə Rusiya, İran və Suriya iddia edir ki, Suriya parçalana bilməz, başqa bir tərəfdə bu dövlətlər Suriyanın ərazilərini işğal edib bu gün enerji daşıyıcılarını istisamar edən PKK terrorçuları ilə əməkdaşlıq edir. Yəni ortada böyük təzad var. Ərazi bütövlüyündən danışan dövlətlərin Suriyanın cənub hissəsində Aralıq dənizi istiqamətində kürd dövləti yaratmaq istəyi var. Bunu isə beynəlxalq koalisiya dəstəkləyir. Türkiyə isə şimal sərhədində terrorçuların yer almasını istəmir”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR