Sorosun YENİ QURBANI: Dövlət çevrilişinə hazırlıqlar gedir

Sorosun YENİ QURBANI: Dövlət çevrilişinə hazırlıqlar gedir

Hindistanda dövlət çevrilişi ola bilər.

 

Sfera.az bildirir ki, bunu amerikalı siyasi analitik Frederik Uilyam Enqdal deyib. O, qeyd edib ki, sözügedən ölkə Rusiya ilə münasibətlərinə görə kollektiv Qərb düşərgəsində düşmənlər qazanıb:

 

“Bir sıra şübhəli və vaxtında baş verən hadisələr onu göstərir ki, Anglo-Amerika koalisiyası ölkənin baş naziri Narendra Modini devirmək üçün planlar hazırlamağa başlayıb”.

 

Qeyd olunub ki, Qərbin Vaşinqton və Avropa İttifaqının tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Rusiyanın ən mühüm iqtisadi tərəfdaşlarından biri də Hindistandır:

 

“Son bir neçə il ərzində Modi Dehlini Moskva üçün mühüm ticarət tərəfdaşına çevirib. Bayden administrasiyası və Britaniya siyasətçilərinin cəhdlərinə baxmayaraq o, Rusiya əleyhinə sanksiyalara qoşulmaqdan imtina edir. Hindistan, xüsusən də BRİKS ölkələri qrupunda (beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrup)  iştirakına görə Rusiyanın mühüm müttəfiqidir. Üstəlik, ABŞ-ın nəticələrlə bağlı hədələrinə baxmayaraq, Modi müstəqil iqtisadi siyasət yürütməyə davam edir, Rusiyadan neft və müdafiə məhsulları alır. Hindistan “BRİKS”i tərk etmək fikrində deyil”.

 

Məqalədə 2024-cü ilin yazında Hindistanda milli, bu il isə mühüm regional seçkilərin keçiriləcəyi vurğulanıb: “Onlar, ehtimal ki, Narendra Modinin hökumətinin gələcəyini müəyyən edəcəklər”.

 

Qeyd edək ki, fevralın 17-də illik Münhen Təhlükəsizlik Konfransında çıxış edən Corc Soros (amerikalı maliyyəçi) Modinin sayılı günlərinin qaldığını bəyan edib. "Hindistan demokratik ölkədir, lakin onun lideri Narendra Modi demokrat deyil”, deyə o bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR