Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs HƏBS EDİLDİ

Hərbi xidmətə getməkdən boyun qaçıran şəxs HƏBS EDİLDİ

Mingəçevirdə hərbi xidmətə getməkdən boyun qaçıran 34 yaşlı kişi həbs edilib.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 1989-cu il təvəllüdlü Mədət Alışovun (şərti) uzun müddət həqiqi hərbi xidmət keçməkdən boyun qaçırması məlum olub.

 

Onun barəsində Cinayət Məcəlləsinin 321.1-ci (Hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə iş açılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, M.Alışov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində hərbi uçota alınıb. Həqiqi hərbi xidmət yaşı, yəni 18 yaşı 2007-ci ildə tamam olsa da, Qafqaz Universitetində ali təhsil aldığı üçün ona müəyyən müddətə möhlət hüququ verilib.

 

Daha sonra 2013-cü ildə təhsil aldığı Qafqaz Universitetindən xaric olunub, 2014-cü ildə işləmək məqsədilə Rusiya Federasiyasına gedib və 2022-ci ildə Rusiyadan Azərbaycana qayıdıb.

 

Sərhədi keçən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları onun axtarışda olmasını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə yaxınlaşmağını bildiriblər.

 

Bundan sonra M.Alışov 31.03.2022-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə gedərək həkim komissiyasından keçib və hərbi xidmətə yararlı hesab edilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilən şəxsə çağırış vərəqəsi verilərək məsuliyyəti barədə xəbərdar olunub.

 

Lakin M.Alışov Bakıya gələrək kor bağırsağından əməliyyat olunub, buna görə də ona bir çağırış üzrə möhlət hüququ verilib. 3 ay sonra həmin şəxsə həkim müayinəsindən keçirilməsi üçün yenidən göndəriş vərəqəsi verilib və növbəti dəfə hərbi xidmətə yararlı hesab edilib. Lakin o, yenidən qeyd olunan tarixdə hərbi xidmət üçün getməyərək xidmət keçməkdən boyun qaçırıb.

 

Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə M.Alışova 1 il həbs cəzası verilib.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...