Zəngilanda 30 il sonra ilk körpə dünyaya gəldi

Cəmiyyət
10:38 / 23.02.2023
4406
Zəngilan rayonunun Ağalı kəndində 30 il sonra ilk körpə dünyaya gəlib.
Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, rayonun Ağalı kəndində 30 il sonra - 15 fevral 2023-cü ildə anadan olmuş ilk körpə Zeynallı Turan Teymur oğlunun doğumu 22 fevral 2023-cü ildə qeydə alınıb.
Bildirilib ki, doğum nazirliyin “Mobil əhali” tətbiqi üzərindən dövlət qeydiyyatına alınıb və doğum haqqında elektron şəhadətnamə onlara onlayn şəkildə təqdim olunub.