Bakıda 16 yaşlı oğlan, 17 yaşlı qız itkin düşdü
Hadisə
10:18 / 23.02.2023
5057
Bakıda iki yeniyetmə itkin düşüb.
Sfera.az xəbər verir ki, Səbail rayon sakini, 2007-ci il təvəllüdlü Əsgərov Elvin Sahib oğlu fevralın 20-də yaşadığı evdən çıxıb geri qayıtmayıb.
Bundan başqa, Suraxanı rayon ərazisində yaşayan, 2006-cı il təvəllüdlü Fərəcova Sevda Rövşən qızı isə fevralın 21-də yaşadığı evdən çıxıb və geri qayıtmayaraq itkin düşüb.
Hər iki faktla bağlı araşdırma aparılır.