Baba Vəziroğlu Xalq artistinin dəfnindən danışdı: "Təmtəraqlı dəfnlər olmur"

"Mən Mədəniyyət Nazirliyi tərəfindən biganəlik görmədim. Dəfn təşkil olundu, hamı iştirak etdi, hörmətlə dəfn olundu. İndi sovet ənənələri yoxdur, bir az buna alışmalıyıq. Artıq təmtəraqlı dəfnlər olmur".
Sfera.az xəbər verir ki, bunu Faktmedia.az-a Əməkdar İncəsənət xadimi Baba Vəziroğlu Ramiz Novruzun dəfni ilə bağlı danışarkən deyib.
B. Vəziroğlu bildirib ki, Ramiz Novruz böyük sənətkar idi, mənim dostum idi:
"Onun ehtiyacı yox idi təmtəraqlı dəfnlərə. Hamı Allah rəhmət eləsin, gözəl sənətkar , gözəl ailə başçısı idi deyirdi. Sənətkarın ən gözəl qazancı bu idi. Gözəl sənətkarımız Azərbaycan mədəniyyətinə xidmət edirdi. Ramiz Novruz özu də istəməzdi ki, yalançı nitqlər söylənsin, yalançı ağlaşmalar olsun, saxta təriflər olsun. Sənətkar lazımi qaydada dəfn olundu. Məkanı cənnət olsun!".