Qızını öldürən kürəkənini bağışladı - “Onu başa düşürəm”

Qızını öldürən kürəkənini bağışladı - “Onu başa düşürəm”

Ötən ilin martında Xəzər rayonu Binə qəsəbəsi ərazisində arvadı 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanı qətlə yetirən Saməddin Həsənovun məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 36 yaşlı Saməddin Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Hadisə isə qısqanclıq zəminində qeydə alınıb. Cütlük arasında mübahisə yaşandıqdan sonra Ülviyyə polisə gedərək ərindən şikayət edib. O, Saməddin tərəfindən döyüldüyünü bildirərək sığınacağa yerləşdirilməsini istəyib.

 

Daha sonra Saməddin sığınacağa gedərək arvadından şikayəti geri çəkməsini, onunla boşanmasını istəyib. Bundan sonra ailəsi də Ülviyyəyə eyni tələblə müraciət edib, lakin qadın ailəsindən imtina etdiyini bildirərək heç kimlə razılaşmayıb.

 

Bir neçə saat sonra Saməddin yenidən sığınacağa gedib və hasardan tullanaraq içəri daxil olub. O, arvadını mətbəxdən həyətə çıxararaq yenidən danışmağa çalışıb. Bu zaman Saməddin sığınacağın mətbəxindən bıçağı özüylə götürüb. Tərəflərin ortaq məxrəcə gələ bilməməsi sonda qətllə nəticələnib. Saməddin arvadını bıçaqlayaraq öldürdükdən sonra özü polisə cinayət barədə məlumat verib.

 

Məhkəmə prosesində Ülviyyə Həsənovanın atası da ifadə verib. Maraqlıdır ki, o, kürəkənindən şikayətçi olmayıb.

 

“Saməddinin etdiyi hərəkətə bəraət qazandırmıram. Ancaq onun da hansı səbəbdən belə hərəkət etdiyini başa düşürəm və üç azyaşlı
uşaqlarına görə Saməddinə qarşı heç bir şikayət və ya tələbim yoxdur” - qadının valideyni ifadəsində bildirib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...