Tolikdən verilişi ilə bağlı xəbərdarlığa - REAKSIYA

Tolikdən verilişi ilə bağlı xəbərdarlığa - REAKSIYA

Fevralın 22-də Audiovizual Şura tərəfindən prodüser Tarix Əliyevin aparıcılıq etdiyi “Ümid ilə gəl” proqramına görə yayım zamanı qanunvericiliyin pozulması faktıyla bağlı MTV Azərbaycan televiziyasına xəbərdarlıq edilib.

 

Sfera.az xəbər verir ki, Tarix Əliyev məsələ ilə bağlı sosial şəbəkədə bu sözləri qeyd edib:

 

“Bu mənim uğurumdur. Bu günə qədər apardığım şou xarakterli verilişlərlə heç bir xəbərdalıq almamışdım. Amma bu gün Audiovizual Şura mənim də sosial verilişimi nəzərdən keçirib, irad bildirirsə, bu, gələcəkdə daha da təkmilləməmə səbəb olacaq. Veriliçdə adını çəkdiyim şəxs şəhid qızını oğluna alıb, sonra dünyaya gələn nəvəsi serebral iflic olduğunu biləndən sonra boşatdırıb. Aliment vermir, onu pulsuz qoyur, üstəlik özü də qanunsuz sələmə pul verirsə, mənim üçün o, cinayətkardır”.

 

Qeyd edək ki, aparıcı Tarix Əliyev ondan şikayət edən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında efirdə belə deyib: “Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də... Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz... kimdi dalında duran?”

 

 


OXŞAR XƏBƏRLƏR

Venesuela prezidenti andiçmədə “Ukraynalı muzdluları”nı həbs etdirdi

Venesuela hakimiyyəti üçüncü müddətə prezident olmaq istəyən Nikolas Maduronun andiçmə mərasiminə təhlükə törətdiyinə görə başqa ölkələrin vətəndaşı olan 7 nəfə...

Gürcüstanda yanvarın 9-u matəm günü elan edildi

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.   Sfera.az xəbər verir ki, qərar Qal...

Türkiyəyə uçan təyyarə Aktauda təcili eniş etdi

Bu gün Qazaxıstanın Almatı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan təyyarə təcili eniş etməli olub.   Sfera.az-ın verdiyi məlumata görə, bu barəd...

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monakoya təhvil verdi

Monako Knyazlığının hüquq mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1991-ci il t...

Gəncədə 39 yaşlı qadın dərmandan zəhərləndi

Gəncə şəhərində yerli sakin dərmandan zəhərlənib.   Sfera.az-ın məlumatına görə, 1986-cı il təvəllüdlü N.Əhmədova xəstəxanaya yerləşdirilib, vəz...

Bakının bu küçəsində sürət həddi dəyişdirildi- Sürücülərin nəzərinə!

Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.   Sfera.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. &n...