Lukaşenko İrana səfərə hazırlaşır

Lukaşenko İrana səfərə hazırlaşır

Belarus prezidenti Aleksandr Lukaşenko gələn ay İrana səfər etmək niyyətində olduğunu açıqlayıb.
 

Sfera.az bildirir ki, bu barədə Belarusun dövlət xəbər agentliyi “Belta” məlumat yayıb.
 

Səfər bu ilin martında baş tuta bilər. Aleksandr Lukaşenko hesab edir ki, İran nümayəndələri ilə görüş və danışıqlar öz bəhrəsini verəcək.
 

"Mən tamamilə əminəm ki, İranda bizim əhəmiyyətli görüşümüz və danışıqlarımız olacaq və bu bizi əməkdaşlığın daha yüksək səviyyəsinə çıxaracaq. Amma əsas odur ki, münasibətlərimizi daha yüksək səviyyədə yaxşılaşdırmaq üçün bu anı bu dəfə itirməyək”-deyə Aleksandr Lukaşenko əlavə edib.


İranın Belarusdakı səfiri Səid Yari jurnalistlərlə söhbəti zamanı deyib ki, dövlət başçısının səfəri hazırda münasibətləri yeni mərhələyə keçən hər iki ölkə üçün tarixi və mühüm məqamdır.
 

"Gündəmdə həm siyasi, həm də ticari-iqtisadi baxımdan çox mühüm məsələlər var. İran və Belarus arasında münasibətlər hazırda inkişafın pik nöqtəsindədir. Biz əminik ki, Belarus prezidentinin İrana səfərindən sonra əlaqələrimiz daha da inkişaf edəcək”-deyə diplomat bildirib.
 

Maraqlıdır ki, səfər İran və Belarus arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü və 2023-cü ilin ölkələr arasında dostluq ili olması ərəfəsində təşkil edilir.
 

Fevralın 18-də Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitikləri bildiriblər ki, Putinin ambisiyaları Ukraynadan kənara çıxır və Rusiya tədricən Belarusu mənimsəyir. Lukaşenko Putinin Belarus qoşunlarının güzəştlərlə Ukraynanın işğalına qoşulması ilə bağlı tələbini rədd etməsinin əvəzini ödəyir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR