Hindistan Rusiyaya qarşı sanksiyaları dəstəkləmir

Hindistan Rusiyaya qarşı sanksiyaları dəstəkləmir

Hindistanın altı yüksək rütbəli hökumət rəsmisi "Reuters" agentliyinə bildirib ki, Hindistan G20-nin Rusiyaya qarşı əlavə sanksiyaları müzakirə etməsini istəmir.

 

Sfera.az xəbər verir ki, mənbələr Hindistan G20-nin toplantısı zamanı Rusiyaya qarşı hər hansı əlavə sanksiyaları müzakirə etmək və ya dəstəkləmək niyyətində olmadığını bildirib. Digər bir mənbə isə Rusiyaya qarşı mövcud sanksiyaların dünyaya mənfi təsir göstərdiyini bildirib.

 

Başqa bir mənbə qeyd edib ki, sanksiyalar G20-nin mövzusu deyil. Onun sözlərinə görə, G20 artımı müzakirə etmək üçün iqtisadi forumdur.

 

Xatırladaq ki, Yaponiyanın maliyyə naziri ötən gün bildirib ki, Hindistanda keçiriləcək G20-nin əsas iclası çərçivəsində, G7 (G7) maliyyə liderləri Rusiyaya qarşı tədbirləri müzakirə etmək üçün fevralın 23-də görüşəcəklər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR