Medvedev yenə nüvə silahı ilə HƏDƏLƏDİ

Medvedev yenə nüvə silahı ilə HƏDƏLƏDİ

"Vaşinqtonun məqsədi Moskvanı məğlub etməkdirsə, demək dünya qlobal münaqişə ilə üz-üzədir".

 

Sfera.az "Tass"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək.

 

"Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, bizim özümüzü istənilən silahla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”, - o,  "Telegram" kanalında yazıb.

 

Medvedev Putindən sitat gətirib ki, Rusiyanı döyüş meydanında məğlub etmək qeyri-mümkündür və qeyd edib ki, “məhz buna görə də biz  "START"ı dayandırdıq”. Qoy, reallıqla əlaqəni itirmiş ABŞ elitası nə əldə etdikləri barədə düşünsünlər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR