Məşhur pianoçudan zəlzələ xəbərlərinə SƏRT REAKSİYA: “Başa düşdük, öləcəyik!”

Məşhur pianoçudan zəlzələ xəbərlərinə SƏRT REAKSİYA: “Başa düşdük, öləcəyik!”

Kahramanmaraşdakı zəlzələlərdən sonra İstanbulda da oxşar hadisənin olacağı ilə bağlı xəbərlər gündəm olub.

 

Sfera.az bildirir ki, bir çox mütəxəssisin ardıcıl olaraq “Zəlzələyə hazırlaşın” açıqlamalarına Türkiyənin məşhur pianoçusu və bəstəkar Fazıl Say da reaksiya verib.

 

O, bu barədə sosial şəbəkə hesabından paylaşım edib.

 

“Daha bir zəlzələ bitmədən o biri başlayır. O da bitmədən bir sonrakı müzakirə edilir. Bəsdir! İndi də İstanbul zəlzələsi! İnsan bir dəfə ölür. Amma biz bu psixologiya, bu çarəsizliklə min dəfə ölürük. Nə olacaq? 5 gündə 3 milyon bina zəlzələyə davamlı olacaq? Başa düşdük, öləcəyik!”, deyə Fazıl Say əlavə edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR