Rusiya Ermənistanı bu layihəyə daxil etmək istəyir - Rusakov

Rusiya Ermənistanı bu layihəyə daxil etmək istəyir - Rusakov

Rusiya Ermənistanı Şimal-Cənub nəqliyyat dəhlizinə birləşdirmək imkanlarını müzakirə edir.

 

Sfera.az xəbər verir ki, bu barədə Avropa-Asiya Araşdırmaları Mərkəzinin (Yekaterinburq) direktoru Andrey Rusakov "Sputnik Ermənistan" multimedia mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.

 

"İlkin olaraq Rusiya-Azərbaycan-İran marşrutu müzakirə olundu. Biz çoxdandır ki, Ermənistanın marşruta daxil olmasını müzakirə edirik. Düşünürəm ki, bu, dəstək alacaq, çünki bu məsələ ilə bağlı müzakirələr gedir. Bizim mərkəzimiz və Şimal-Cənub dəhlizinin genişləndirilməsi inkişafa töhfə verəcək”, - Rusakov deyib.

 

Onun sözlərinə görə, Şimal-Cənub dəhlizinin reallaşdırılması Rusiya üçün prioritet sahələrdən biridir. Bundan əlavə, Rusiya-Gürcüstan-Ermənistan-İran nəqliyyat dəhlizinin dəstəklənməsi zərurətini Rusiya Prezidenti Vladimir Putin də dünənki mesajında ​​açıqlayıb.

 

Eyni zamanda, Rusakov hesab edir ki, bu məsələdə çox şey Ermənistan hakimiyyətindən asılıdır.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR