Belarus bu tarixdə Rusiyaya birləşdiriləcək – Məxfi sənədlər yayıldı

Belarus bu tarixdə Rusiyaya birləşdiriləcək – Məxfi sənədlər yayıldı

Rusiyanın Belarusla bağlı planları mətbuata sızdırılıb.

 

Sfera.az bildirir ki, Rusiya Rəyasət Heyətinin Sərhədlərarası Əməkdaşlıq Müdirliyinin hazırladığı sənədlər “Yahoo! News” və Almaniyanın “Sueddeutsche Zeitung” qəzetləri tərəfindən əldə edilib.

 

Məxfi dosyenin adı “Rusiya Federasiyasının Belarusdakı Strateji Məqsədləri”dir. Sənədlər Belarusu ilhaq etmək və tarixi Rusiyanın bir parçasını vətənə birləşdirmək üçün qısa, orta və uzunmüddətli üç mümkün yanaşmanı əks etdirib.

 

Sızdırılan prezident sənədlərində iddia edilir ki, orta müddətli plana əsasən, Belarusun rəsmi olaraq 2025-ci ildə Rusiyanın tərkibinə daxil olunması nəzərdə tutulur. Uzunmüddətli planda isə Moskva 2030-cu ilə qədər Belarusu Rusiyaya birləşdirməyi planlaşdırır.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR