“Təlimat Makronun ofisindən verilib” – Ermənistan niyə silaha əl atır?

“Təlimat Makronun ofisindən verilib” – Ermənistan niyə silaha əl atır?

“Avropa İttifaqı mülki missiyasının 200 nəfərlik qurupunun  Ermənistana gəlişi fonunda cəbhədə silahların işə düşməsi təsadüfi deyil”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə ermənilərin Naxçıvan və 4 rayonumuzu atəşə tutmasından danışarkən deyib.  O, bildirib ki, təlimat Kremldən deyil, Emmanuel Makronun ofisindən verilir:

 

“Avropa İttifaqının mülki missiyasının tərkibində Fransadan olan silahlı jandarma dəstələri var. Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazırlanmasına çalışır. Hərbi yolla Azərbayana təzyiq edə bilməyən rəsmi Yerevan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planına malikdir. Çox güman ki, Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbayacan əleyhinə hesabatlar hazırlayacaq. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir”.

 

Politoloq qeyd edib ki, Ermənistan sülh müqviləsinə hazır deyil və prosesi pozmaqla anti-Azərbaycan koalisiyası formalaşdırmağa çalışır:

 

“Rəsmi Yerevanın Azərbaycana gödərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının, xüsusilə Fransanın misisyasının yerləşdirilməsi istənilib. Paşinyan "bulanıq suda balıq tutmağa" çalışır. Ermənistanın təxribatları artarsa, Azərbaycanın  adekvat tədbirlər görməsi qaçılmaz olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR