Bayden Putinin bu açıqlamasından sonra hərəkətə keçdi - TƏCİLİ TOPLANTI

Bayden Putinin bu açıqlamasından sonra hərəkətə keçdi - TƏCİLİ TOPLANTI

ABŞ Prezidenti Cozef Bayden NATO-nun şərq cinahının liderləri ilə görüşərək, Moskvanın nüvə silahlarına nəzarət üzrə mühüm müqaviləni dayandırmasından sonra onların təhlükəsizliyinə dəstək nümayiş etdirəcək.

 

Sfera.az bildirir ki, Bayden Rusiyanın Ukraynanı işğal etməsinin ildönümünə bir neçə gün qalmış Kiyevə gözlənilməz səfərdən sonra Varşavaya gəlib.

 

Bayden NATO-nun şərq cinahında yerləşən ölkələr olan "Buxarest doqquzluğu"nun liderlərini toplamazdan əvvəl ABŞ-ın Varşavadakı səfirliyinin əməkdaşları ilə görüşəcək.

 

Qeyd edək ki, "soyuq müharibə"dən sonrakı onilliklərdə Rusiya ilə Qərb arasında ən yüksək gərginlik dövründə Bayden Varşava şəhərinin mərkəzində minlərlə insan qarşısında çıxış edərək, Rusiya Prezidenti Vladimir Putin kimi “avtokratlara” qarşı çıxılmalı olduğunu deyib.

 

Bir neçə saat əvvəl isə Putin Qərb güclərini tənqid edərək uzun-uzadı açıqlamalar verib və onları Ukraynadakı müharibədə günahlandırıb. Putin həmçinin Yeni START silahlara nəzarət müqaviləsindən geri çəkilib və Moskvanın nüvə sınaqlarını bərpa edə biləcəyi barədə xəbərdarlıq edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR