Peskov Putinlə bağlı bu suala “BİLMİRƏM” cavabını verdi

Peskov Putinlə bağlı bu suala “BİLMİRƏM” cavabını verdi

Kreml sözçüsü Dmitri Peskov Putinin prezident seçkilərində iştirakı ilə bağlı açıqlama verib.

 

Sfera.az bildirir ki, o, bu barədə TASS-a müsahibəsi zamanı danışıb.

 

Belə ki,  Peskova “Putin mesajında 2024-cü il seçkilərini də xatırladıb. Putin seçkilərdə iştirak edib-etməyəcəyinə hələ qərar verməyib?”, sualı ünvanlanıb. Kremlin sözçüsü isə qarşılığında “Bu barədə açıqlama eşitmisiniz? Mən  eşitməmişəm”, - deyə söyləyib.

 

Belə bir bəyanatın nə vaxt verilə biləcəyi ilə bağlı suala isə Peskov  “bilmirəm” cavabını verib.

 

Qeyd edək ki, qanuna görə, Putin 2024-cü ildə yeni prezidentlik müddətinə namizədliyini irəli sürmək hüququna malikdir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR