Rusiya Avropaya qaz ixracını yenidən artırıb

Rusiya Avropaya qaz ixracını yenidən artırıb

“Qazprom” şirkəti Ukrayna ərazisindən keçən ixrac kəməri vasitəsilə Avropaya gündəlik qaz satışını 42,1 milyon kubmetrə çatdırıb.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu həcm ötənilki göstəricilərlə eynidir.

 

Gündəlik qaz ixracının artırılması hesabına fevralda Rusiya qazının Ukrayna ərazisindən nəqli yanvarın sonu ilə müqayisədə 72% artıb.

 

Ukrayna ərazisindən keçən tranzit xətti Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarükünü həyata keçirir. İndiki gündəlik ixrac həcmləri əsas götürülərsə bu xətlə ildə 15 milyard kubmetr qaz satmaq mümkündür.

 

Rusiyadan Avropaya qaz ixracı üçün daha 3 kəmər var. Onlardan “Şimal axını” ilə qaz nəqli tamamilə dayandırılıb. Avropaya qaz nəqli üçün nəzərdə tutulan digər 2 kəmər “Türk axını” və “Mavi axın”dır. Bu kəmərlər vasitəsilə Türkiyə, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz nəql edilir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR