“Avropa Ukraynaya silah verir, biz niyə Rusiyaya verməyək?” – Çin rəsmisi

“Avropa Ukraynaya silah verir, biz niyə Rusiyaya verməyək?” – Çin rəsmisi

"Avropa İttifaqı Ukraynaya silah verirsə, Pekin niyə Rusiyaya silah verməməlidir?".

 

Sfera.az xəbər verir ki, bu sualı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelə Münxendə qeyri-rəsmi söhbəti zamanı Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Partiyanın xarici işlər üzər komissiyasının dəftərxana rəhbəri Van İ verib.

 

Bu barədə Borelin özü məlumat verib.

 

"O, dedi ki, bizim Ukraynaya silah verdiyimiz halda onlar Rusiyaya silah verə bilməzlərmi? Mən ona böyük fərqi izah etməli, Ukraynadakı müharibənin bizim üçün hansı təhlükə yaratdığını söylədim”, - Aİ diplomatiyasının nümayəndəsi əlavə edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR