Almaniyadakı karnavalın mövzusu gündəm oldu - FOTOLAR

Almaniyadakı karnavalın mövzusu gündəm oldu - FOTOLAR

Bazar ertəsi, Almaniyada karnaval mövsümünün sonu olan ənənəvi Rosenmontag maskarad yürüşü keçirilib.



Sfera.az bildirir ki, karnaval iştirakçıları, həmişə olduğu kimi, siyasi mövzularla oynasalar da, bu il əsas diqqəti Ukraynadakı müharibə və əlaqədar hadisələrə yönəldiblər.



Qeyd edək ki, ənənəvi Rosenmontag maskarad yürüşü Almaniyanın bütün böyük şəhərlərində keçirilir, lakin Düsseldorfdakı parad onlardan ən siyasisi hesab olunur. İştirakçılar İrandakı etirazlarla oynamaq üçün də öz karnaval fiqurlarından istifadə ediblər.



Məhz Düsseldorfdakı karnaval yürüşü Rusiya prezidentinin parodiyaları ilə müşayiət olunub. Sakinlər Vladimir Putinin timsalında kuklanı onun qan içində çimdiyi vannada küçələrdə gəzdiriblər. Vanna Ukrayna dövlət bayrağının rənglərində hazırlanıb.



Həmçinin Rusiya lideri dünyanı ətçəkən maşından keçirən vampir obrazında peyda olub.

 

Başqa bir fiqur onu şeytanla öpüşmə zamanı təsvir edib.



Alman silahlı qüvvələrinin acınacaqlı vəziyyəti də ələ salınıb.


Velosiped təkərlərindəki tank Bundesverin simvolu olub.



Kortejdəki marionetlərdən biri də kansler Olaf Şolza və onun Ukraynaya hərbi yardım siyasətinə həsr olunub.


Bu karnavalın yeganə beynəlxalq mövzusu Ukraynadakı müharibə olmayıb. Yürüş iştirakçıları İrandakı etirazları da xatırladıblar
(“Azad İran”).


İqtisadiyyat naziri Robert Habekə də siyasi satira yönəldilib. O, atom elektrik stansiyaları ilə təcəssüm etdirilən qurbağaları udan formada təsvir edilib.



Qeyd edək ki, Robert Habek ölkədəki üç AES-in bağlanmasını gecikdirməklə, yerli ekoloqlar və fəalların tənqid hədəfinə çevrilib.



Rosenmontag ("Çəhrayı Bazar ertəsi") Almaniyada noyabrın 11-də başlayan karnaval mövsümünün ənənəvi sonudur. Bu ilki karnaval üç ildən sonra ilk dəfə idi; əvvəlki mövsümlərdə Covid-19 pandemiyası səbəbindən keçirilməyib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR