Avropa ölkələri və ABŞ Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərdi

Avropa ölkələri və ABŞ Beynəlxalq Olimpiya Komitəsinə məktub göndərdi

30-dan çox ölkə Beynəlxalq Olimpiya Komitəsinə məktub ünvanlayıb.
 

Sfera.az bildirir ki, məktubda Rusiya idmançılarınım Olimpiadaya buraxılmaması xahiş olunub.


Məktubu imzalayan ölkələr Rusiya idmançılarının Ukraynanı işğal edən Rusiya Silahlı Qüvvələri ilə sıx əlaqədə olmasından narahat olduqlarını bildiriblər.

34 ölkə Rusiyanın Olimpiadada iştirakına qarşı Beynəlxalq Olimpiya Komitəsinə etiraz notası göndərib.


Ukraynada başlayan müharibəyə görə Rusiya Federasiyası və Belarusun Olimpiya Oyunlarında iştirakına qarşı çıxan ölkələr arasında:

ABŞ;
Böyük Britaniya;
Fransa;
Almaniya;
Fransa da yer alıb.


Polşa, Latviya, Litva və Danimarka da təcavüzkar ölkənin boykotunu dəstəkləməyə hazır olduqlarını biıdirib.


Məktubda ölkə nümayəndələri komitədən Rusiya və Belarus idmançılarına münasibətdə neytrallığın səbəbini izah etməyə çağırırlar.
 

Məktubun mətnində deyilir: "Bizim ümumi mövqeyimiz həmişə milli mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyi olub, lakin bu narahatlıqlar BOK çərçivəsində həll edilməlidir".
 

İmzalayan ölkələrin nümayəndələri Rusiya idmançıları ilə Ukraynanı işğal edən silahlı qüvvələr arasında sıx əlaqələrdən narahat olduqlarına da aydınlıq gətiriblər.
 

Bundan əlavə, onları narahat edən məsələ həll olunmayana qədər Rusiya Federasiyası və Belarusu təmsil edən idmançıların beynəlxalq yarışlara buraxılmaması barədə fikir bildiriblər.
 

Beynəlxalq Olimpiya Komitəsi, öz növbəsində, BMT-nin insan hüquqları üzrə ekspertlərinin fikrinə istinad edərək, rusiyalıların Olimpiadaya buraxılmamasının yolunu tapmağa çalışır.
 

Xatırladaq ki, fevralın 7-də Parisin meri Ann Hidalqo Rusiya idmançılarının 2024-cü il Olimpiadasında iştirakını istəmədiyini bildirmişdi. Bundan əvvəl isə Fransa paytaxtının meri fərqli mövqe nümayiş etdirərək idmançıların harada olmalarından asılı olmayaraq, yarışlarda iştirak imkanından məhrum edilməməli olduğunu irəli sürmüşdü.


Fevralın əvvəlində BMT Rusiya idmançılarının Olimpiadaya buraxılmasına çağırıb. BMT ekspertləri vurğulayıblar ki, olimpiya ictimaiyyəti Olimpiya Xartiyasının qaydalarına əməl etməli, Rusiya Federasiyası və Belarus idmançılarına qarşı diskriminasiyadan imtina etməlidir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR