Barselonada oğurlanmış 1922-ci ilə aid Dali rəsmləri tapıldı - VİDEO

Barselonada oğurlanmış 1922-ci ilə aid Dali rəsmləri tapıldı - VİDEO

İspaniya polisi Barselonada rəssam Salvador Dalinin 2 əsrlik rəsmlərini aşkar edib. Onlar keçən il quldurluq zamanı oğurlanıblar.



Sfera.az bildirir ki, İspaniyanın hüquq-mühafizə orqanlarının nümayəndələri digər sənət əşyalarının da aşkar edildiyini açıqlayıb.


İspaniya üquq-mühafizə orqanlarının əməkdaşları 50 yaşında 3 qardaşı həbs etməyə nail olublar. Onlardan sürrealist rəssamın hələ 1922-ci ildə müəllifi Per Corominesin sifarişi ilə Les "Gràcies de l'Empordà" ("Emporddan təşəkkürlər") kitabı üçün yaratdığı rəsmləri müsadirə olunub. Qeyd edək ki, bu rəsmləri yaradan zaman Dalinin cəmi 19 yaşı olub.



“Qala-Salvador Dali Fond”u rəsmlərin həqiqiliyini təsdiqləyib. Belə ki, rəssam kağız üzərində kəndin qaranlıq mənzərələrini də təsvir edib.


Polis şübhəlilərdən digər sənət əşyalarını da, o cümlədən rəssam Joan Mironun 5 rəsmini, Pako Saolanın 2 rəsmini, lüks saatlar, qiymətli sikkələr və əskinaslar, gümüş və qızıl qələmlər, zinət əşyaları müsadirə edib.



Kataloniya polisi şübhəlilərin evdə yaxalandığını bildirib. Oğurlanmış sənət əsərlərini bu evdə saxlanılıb. Bundan əlavə, daha iki nəfər saxlanılıb. Beş nəfərin hamısını məhkəmə gözləyir.



Qısa atırlatma edək ki, kubizm, sürrealizm, dadizm kimi bədii istiqamətlərdə çalışmış ispan rəssam Dali 1500-dən çox sənət əsəri yaratmışdır. O, teatr tamaşaları üçün dekorasiya və kostyumların tərtibatı, zərgərlik məmulatlarının, ətir şüşələrinin dizaynı ilə məşğul olub.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR