3 aya 4 min insanı öldürtdü-hədəf 3 milyon
Dünya
12:33 / 10.10.2016
1738
İyunun 30-da prezident postuna gələn və narkotiklə mübarizə aparacağına vəd verən Filippin liderinin təlimatına uyğun olaraq 3 ayda 4 minə yaxın insan qətlə yetirilib.
Beynəlxalq agentliklər həmin 3800 nəfərdən 1300-ünün polislə atışma zamanı qətlə yetirilən şübhəlilər olduğunu açıqlayıb. Dutertə vəzifədə olduğu hər gün orta hesabla 35 nəfər öldürülüb.
BMT, Avropa Birliyi və ABŞ başda olmaqla beynəlxalq ictimaiyyət Dutertenin qanlı əməliyyatlarını pisləyən bəyanatlar səsləndiriblər. İradlara məhəl qoymayan 71 yaşlı lider ABŞ ilə 65 ildir ki davam edən hərbi ortaqlığı bitirmək, Çin və Rusiya ilə işbirliyini gücləndirmək niyyətində olduğunu deyib.
Açıqlamalarından birində isə Filippin lideri ölkəsində 3 milyon narkotik aludəçisinin olduğunu vurğulayıb: "Hiter 3 milyon yəhudini öldürdü. Filippində isə 3 milyon narkoman var. Mən də onları öldürməkdən məmnun olacam. Hitlerin qurbanları məsum insanlardı. Mənim hədəfimdəkilər isə günahkardırlar”.