Real Madridin fəxri prezidenti vəfat etdi

Real Madridin fəxri prezidenti vəfat etdi

İspaniyanın "Real Madrid" klubunun fəxri prezidenti, 83 yaşlı Amansio Amaro Varela vəfat edib.
 

Sfera.az bildirir ki, 1962-1976-cı illər arasında “Real Madrid”də çıxış edən Amansio Amaro Varela 6 avrokubok, 9 liqa çempionluğu və 3 İspaniya kuboku qazanıb. O, 14 mövsümdə 471 matça çıxıb və 155 qol vurub.
 

Madrid klubunun əfsanəvi adlarından biri olan Amaro İspaniya idman dünyasına verdiyi töhfələrə görə hökumət tərəfindən üstün xidmət medalı ilə təltif edilib.
 

“Real Madrid” Klubu Amaronun cənazəsinin Santyaqo Bernabeu stadionunda tribunaya qoyulacağını və sabah günortaya qədər ziyarətçilərə açıq olacağını bildirib.
 

"Barselona" klubunun və futbol dünyasının bir çox məşhurları Amaronun ölümü ilə bağlı başsağlığı verib.
 

Qeyd edək ki, bu axşam Çempionlar Liqasında oynanılacaq Liverpool-Real Madrid matçından əvvəl Amaronun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəyi və Madridli futbolçuların qara lent taxacağı bildirilib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR