Xoşqədəm Hidayətqızı Təranə Paşayevaya meydan oxudu - FOTO + VİDEO

Xoşqədəm Hidayətqızı Təranə Paşayevaya meydan oxudu - FOTO + VİDEO

Jurnalist Xoşqədəm Baxşəliyeva Təranə Paşayevadan bəhs edən paylaşım edib.

 

Sfera.az xəbər verir ki, tanınmış teleaparıcı sosial şəbəkə hesabında foto paylaşaraq psixologiya üzrə fəlsəfə doktoru T.Paşayevanın aparıcının əri, müğənni Doğuşun fanatı olduğunu yazıb.

 

Qeyd edək ki, Təranə Paşayeva deputat Qənirə Paşayevanın əmisi qızıdır.

 

Xatırladaq ki, bundan əvvəl T.Paşayeva ilə Doğuşun videogörüntüləri də yayılıb. Belə ki, kosmetoloq xidmətində olan T.Paşayeva ona öz yaşından daha az yaş verdiklərini deyib. O, bunun təsdiqi üçün onunla eyni məkanda olan adıçəkilən müğənniyə müraciət edib. Doğuş isə öz növbəsində onun 29 yaşında göründüyü deyib.

 

Onu da vurğulayaq ki, Təranə Paşayevanın 51 yaşı var.

 

 


OXŞAR XƏBƏRLƏR