İran Avropa İttifaqına sanksiyalar tətbiq edəcək

İran Avropa İttifaqına sanksiyalar tətbiq edəcək

İran hakimiyyəti Avropa İttifaqının Tehrana qarşı qəbul etdiyi məhdudlaşdırıcı tədbirlərə cavab olaraq öz sanksiyalarını tətbiq edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

 "İran İslam Respublikası blokun son qadağalarına cavab olaraq tezliklə əks sanksiyalar siyahısını açıqlayacaq", -  nazirliyin Tvitter səhifəsində bildirilib.

 

Xatırladaq ki, bazar ertəsi Avropa İttifaqı Şurası bu ölkədə insan haqlarının pozulması iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edərək, daha 32 fərdi və iki hüquqi şəxsi qara siyahıya salıb.

 

Fevralın 15-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen fevralın 24-də Aİ-nin 10-cu anti-Rusiya məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində İrana qarşı ayrıca sanksiyalar paketi tətbiq etmək niyyətində olduğunu bildirib. Aİ-nin məlumatına görə, bura İranın Rusiyaya hərbi tədarüklərində iştirak edən fiziki və hüquqi şəxslər daxil olacaq.

 

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR