Baydenin sona qədər məxfi saxlanılan Kiyev səfəri ilə bağlı ŞOK DETALLAR

Baydenin sona qədər məxfi saxlanılan Kiyev səfəri ilə bağlı ŞOK DETALLAR

ABŞ prezidenti Co Baydenin Kiyevə gözlənilməz səfərinin əks-sədası hələ də davam edir.

 

Sfera.az bildirir ki, Qərb mediası “gizli səfərin” pərdəarxasından yazaraq prezidentin böyük qumar oynadığını iddia edib. Britaniyanın “Daily Mail” qəzeti səfərin son ana qədər gizli saxlanıldığını, əməliyyatın arxasında hesablanmış planlamanın olduğunu yazıb. 

 

“CNN İnternational” isə bildirib ki, Baydenin yanında kiçik bir qrup məsləhətçi, müxbir və fotoqraf olub: “Dünən saat 4:15-də prezident təyyarəsi “Air Force One” əvəzinə,  “Air Force C-32” ilə Vaşinqtondan gizli şəkildə ayrılıb”.

 

“BBC” iddia edib ki, təyyarədə olan jurnalistlər məxfiliyə təminat verib və onların mobil telefonları götürülüb.

 

Məlumata görə, təyyarə Polşaya getməzdən əvvəl Almaniyadakı ABŞ bazasında yanacaq doldurub. Polşadan Ukraynaya dəmir yolu ilə gedən Baydenin səfəri 10 saat çəkib. Qatardan düşəndən sonra Bayden xüsusi karvanla Ukrayna lideri Zelenskinin yanına gedib.

 

“The New York Times” qəzetinin məlumatına görə, Prezidenti qorumaq üçün yanında məxfi xidmət agentləri olmasına baxmayaraq, anonim qatarla səyahət “böyük qumar”dır:  “Bu, Moskvaya meydan oxumaqdır”.

 

“Dailymail” qəzeti həmçinin qeyd edib ki, Bayden aylardır Kiyevə getmək istəyirdi və son qərarı özü verib.

 

Baydenin səfərindən danışan və adının açıqlanmasını istəməyən yüksək səviyyəli bir məmurun sözlərinə görə, Bayden qatar səfərində yata bilməyib və bunun əvəzinə vaxtını nitqini hazırlamağa sərf edib.

 

Qeyd edək ki, Co Bayden Zelenski ilə görüşündə uzaqmənzilli silahların gündəmdə olduğunu bildirib və Ukraynaya veriləcək yeni yardım paketinin 500 milyon dollar dəyərində olduğunu vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...