Azərbaycanda və qonşularında doğum gösətiriciləri pisləşir – RƏQƏMLƏR

Son illərdə Azərbaycanda və qonşu ölkələrdə doğum göstəricilərinin azalması müşahidə edilir.
Sfera.az xəbər verir ki, Azərbaycanda ötən il hər 1000 nəfərə düşən doğum sayı 12,2 olub. Ölkəmizdə doğum 1960-cı illərdə 40 nəfər, 1970-ci illərdə 27 nəfər, 1980-ci illərdə 25 nəfər, 1990-cı illərdə 15 nəfər idi.
2000-ci və 2010-cu illərdə doğum səviyyəsi bir qədər artaraq 17-yə çatsa da, 2020-ci ildən sonra yenidən azalır.
Maraqlı fakt ondan ibarətdir ki, doğum səviyyəsinin azalması ölkəmizə qonşu olan ölkələrdə də baş verir.
İqtisadçı-ekspert Samir Əliyev Dünya Bankının materiallarına istinadən bildirir ki, qonşularımızdan ən yüksək doğum göstərici Qazaxıstan və Türkmənistandadır. Bu ölkələrdə hər 1000 nəfərə 22-23 doğum düşür. Türkiyə və İranda 14-15, Ermənistan və Gürcüstanda 12-13, Rusiyada isə 10 doğum faktı qeydə alınıb.
S.Əliyev qeyd etdi ki, adıçəkilən ölkələrin hamısında doğum səviyyəsi son 50 ildə 2 dəfədən çox azalıb.
Vasif