Araik Vardanyanı vəzifədən AZAD EDƏCƏK: Yerinə o gələcək - "Sorosun adamı..."

Araik Vardanyanı vəzifədən AZAD EDƏCƏK: Yerinə o gələcək -

Qarabağdakı separatçıların başçısı Araik Arutyunyanın fevralın 23-də çıxışı gözlənilir.

 

Sfera.az bildirir ki, bu barədə “Hraparak.am” nəşri məlumat yayıb.

 

Qeyd olunub ki, həmin gün Arutyunyan Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən azad olunduğunu elan edəcək.

 

Məlumata görə, Vardanyan bir müddət əvvəl istefa verməyəcəyini bildirdiyi üçün Araikin fərmanı ilə vəzifəsindən kənarlaşdırılmasına qərar verilib: “Ancaq münaqişə nəticəsində deyil, qarşılıqlı razılaşma əsasında...Üstəlik, Vardanyan burada qalıb müxtəlif problemlərin həllinə köməklik etmək niyyətindədir”.

 

Nəşr bildirib ki, Rubenin yerinə qondarma "dövlət naziri" vəzifəsinə isə separatçı-terrorçu rejimin qanunsuz  "prokuroru" Qurgen Nersisyanın təyin ediləcəyi gözlənilir. “Bəziləri tərcümeyi-halında 2020-ci ilin iyulundan 2021-ci ilin fevralına qədər "insan haqları" üzrə fəaliyyətinə işarə edərək onu Soros dairələri ilə bağlayırlar. Eyni zamanda Q.Nersisyanın  Ermənistandakı Konstitusiya islahatları şurasının üzvü Daniel İoannisyanla isti münasibətləri olduğu da vurğulanır”, - “Hparak.am” əlavə edib.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...