Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib

Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib

Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq edib.

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Belə ki, fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

 

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və əvvəllər məhkum olunmuş Ramin Şalbuzov müəyyən olunaraq saxlanılıblar.

 

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR