Daşqınlar və torpaq sürüşmələri 36 nəfərin həyatına son qoydu - FOTO

Daşqınlar və torpaq sürüşmələri 36 nəfərin həyatına son qoydu - FOTO

Braziliyanın şimalında, San-Paulu ştatının sahil zonasında yağan anormal yağışlar dağıdıcı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.


Sfera.az bildirir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bölgədə vəziyyət nəzarətdən çıxıb. Xilasedicilərin insanların dağıntılar altında qaldığı yerlərə çatmağa vaxtı yoxdur.


San Paulo əyalət hökumətindən verilən açıqlamada, Sao Sebastian şəhərində 35 nəfərin, qonşu Ubatuba bələdiyyəsində isə 7 yaşlı qız uşağının öldüyü bildirilib. San Sebastian, Ubatuba, İlhabela və Bertioqanın fəlakətdən ən çox zərər çəkdiyi bildirilir, burada xilasetmə qrupları dağıntılar altında itkin düşənləri, ölüləri və yaralıları tapmaq üçün mübarizə aparır. Faciə ilə əlaqədar olaraq ştat hakimiyyəti bütün karnaval şənliklərini ləğv edib. San Sebastiano şəhərinin meri Felipe Auqustonun sözlərinə görə, vəziyyət nəzarətdən çıxıb və xilasedicilərin dağıntılar altında qalan insanların bir neçə yerə çatmağa vaxtı yoxdur. O əlavə edib ki, şəhərdə 50-yə yaxın ev uçub, itkin düşənlərin sayı yüzlərlədir.


"Bizim xilasetmə qruplarımız vaxtında bir neçə yerə çata bilmir; şəhər xaotik vəziyyətdədir" - deyə mer bildirib.
 

Rəsmi məlumatlara görə, son sutka ərzində bölgəyə 600 millimetr yağış yağıb ki, bu da Braziliyada belə qısa müddət ərzində ən yüksək göstəricilərdən biridir. Eyni zamanda, meteoroloqların proqnozlarına görə, leysan yağışları yaxın günlərdə də davam edəcək.


Sosial şəbəkə istifadəçiləri ştatda baş verən dağıdıcı sürüşmənin nəticələrini əks etdirən fotolar yayımlayırlar. Şəkillər su axınının yaşayış evlərini necə yuyub apardığını, elektrik xətlərini uçurduğunu, yolları dağıddığını göstərir.


Su axınları yaşayış yerlərini məhv edir, torpaq sürüşmələri yolları bağlayır.


Sakinlər əşyaları və insanları daşımaq üçün kiçik qayıqlardan istifadə edirlər. Rio-de-Janeyronu Santos liman şəhəri ilə birləşdirən yol sürüşmə və sel suları səbəbindən bağlanıb.


Xatırladaq ki, yanvarın sonunda Yeni Zelandiyada güclü yağışlar irimiqyaslı daşqınlara səbəb olub. Ən böyük Oklend şəhərində fövqəladə vəziyyət elan edilib: magistral yolları, evləri və yerli hava limanını su basıb, bu da yerli əhali arasında panikaya səbəb olub.


Keçən dekabr ayında, Malayziyanın yağışlı mövsümünün ən qızğın vaxtında sular tarlalara və küçələrə axışaraq avtomobillərin su basmasına və çayların sahillərini aşmasına səbəb olub. Nəticədə 72 minə yaxın insan təxliyə edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR