Türkiyə sanksiya şərtlərini pozma iddialarını qətiyyətlə rədd etdi

Türkiyə sanksiya şərtlərini pozma iddialarını qətiyyətlə rədd etdi

Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, Türkiyə Rusiyaya kimyəvi maddələr, mikroçiplər və Rusiyanın hərbi sənayesində istifadə oluna biləcək digər mallar ixrac etməyib.



Sfera.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat qarşısında çıxış edən nazir qeyd edib ki, əgər Vaşinqtonda bu cür məhsulların Rusiya Federasiyasına çatdırılması barədə məlumat varsa, Ankara bu məlumatları tələb edəcək.



Çavuşoğlu, "Rusiyaya müdafiə sənayesində istifadə oluna biləcək məhsullar ixrac etdiyimiz doğru deyil. ABŞ-dan xahiş etdik ki, bu məsələ ilə bağlı hər hansı pozuntu varsa, bizə bildirsin".


Onun sözlərinə görə, Türkiyə anti-Rusiya sanksiyalarını pozmaq niyyətində deyil və Qərbin Rusiya Federasiyasına qoyduğu məhdudiyyətlərə tam əməl olunması üçün addımlar atacaq.



Agentliyin müşahidəçiləri bildirir ki, bu ilin fevral ayının əvvəlində ABŞ Maliyyə Nazirliyinin yüksək rütbəli rəsmisi Türkiyə hökuməti və biznes nümayəndələri ilə görüşüb, onları Moskvanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi mal axınının qarşısını almaq üçün daha yaxından işləməyə çağırıb.



Eyni zamanda qeyd edilir ki, Rusiya əleyhinə sanksiyalara baxmayaraq, Honq-Konq, Türkiyə və digər ticarət mərkəzlərindən təchizat kanalları Rusiya üçün açıq qalır. Lakin Türkiyə tərəfi ona qarşı irəli sürülən ittihamları rədd edib və sübuta yetirildiyi təqdirdə Ankaranın bu cür pozuntulara cavab verəcəyini bildirib.



Bundan əvvəl azı 13 türk firmasının Rusiyaya ən azı 18,5 milyon dollar dəyərində mal ixrac etdiyi barədə məlumatlar yayılıb. Fevralın 3-də “The Wall Street Journal”ı məqalə dərc edib və orada 10 rus şirkətinin ABŞ sanksiyaları altında nəqliyyat vasitələri, plastik və rezin məmulatları və digər mallar alması barədə məlumat verilib.


Bundan əlavə, türk firmaları ABŞ-ın ixrac nəzarətini pozaraq, Rusiyaya lift, elektrik generatorları, çap lövhələri və 16 milyon dollar dəyərində digər mallar göndərdiyi bildirilib. Həmin nəşrin jurnalistləri qeyd malların Rusiya Hərbi Dəniz Qüvvələri üçün silah sistemləri istehsal edən Rusiyanın “Taktik raketlər” korporasiyasının törəmə şirkəti tərəfindən alındığını iddia edib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR