“Sıravi Rayanı xilas etmək” filminin qalmaqallı aktyoru beyin anevrizması keçirdi – FOTO

“Sıravi Rayanı xilas etmək” filminin qalmaqallı aktyoru beyin anevrizması keçirdi – FOTO

“Sıravi Rayanı xilas etmək” başda olmaqla bir çox məşhur filmdə rol alan aktyor Tom Sayzmor beyin anevrizması səbəbilə reanimasiyaya yerləşdirilib.
 

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, 61 yaşlı Sayzmorun vəziyyətinin ağır olduğu bildirilir.

Aktyorun sözçüsü Çarlz Laqo onun Los-Ancelesdəki mənzilində beyin anevrizması keçirdikdən sonra huşunu itirdiyini, hazırda reanimasiya şöbəsində müşahidə altında olduğunu açıqlayıb.

Qeyd edək ki, Tom Sayzmor rol aldığı filmlərlə yanaşı şəxsi həyatındakı qalmaqallarla da daim gündəmdə olub. O, həyatının mühüm məqamlarından bəhs etdiyi bir kitab nəşr etdirib. Sayzmor həmin kitabda 1992-ci ildə “Passenger 57”də birlikdə rol aldığı Elizabet Hörleyə aşiq olduğunu və onunla münasibət qurduğunu yazıb.

Aktyor pis vərdişləri ilə də zaman-zaman mətbuatın mövzusu olub. O, narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb. İki uşaq atası olan Sayzmorun 2005-ci ildə fərqli qadınlarla bəzi görüntüləri ortaya çıxıb, bundan sonra karyerası çöküb. 2010-cu ildə karyerasını yenidən canlandırmağa cəhd etsə də, qaranlıq hadisələrlə dolu keçmişi onun yaxasını buraxmayıb. 2017-ci ildə “Killer Born” filminin çəkiliş meydançasında onun 11 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı iddialar irəli sürülüb.

Bütün bunlardan sonra aktyorun maliyyə problemləri yaranıb. İki dəfə müflis olduğunu elan edən Sayzmorun sərvətinin böyük hissəsini itirdiyi və əlində cəmi 500 min dolların qaldığı bildirilib.

Lalə 
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR