Həyat yoldaşının qazdan zəhərləndiyini eşidən kişi qəfildən vəfat etdi - Azərbaycanda faciə

Cəmiyyət
19:14 / 20.02.2023
24576
Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü X.Mehdiyeva dəm qazından zəhərlənib və o, rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qadının dəm qazından zəhərləndiyi xəbərindən təsirlənən həyat yoldaşı, 1956-cı il təvəllüdlü Gülağa Mehdiyev isə qəfildən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report)