Azərbaycanda bu televiziya və radionun yayımı dayandırıldı

Cəmiyyət
18:17 / 20.02.2023
20419
Naxçıvan televiziyası və radiosunun yerüstü və rəqəmsal yayımında fasilə yaranıb.
Sfera.az xəbər verir ki, fasilə Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzində aparılan texniki yeniləmələrlə əlaqədardır.
Yayım İP televiziya və internet vasitəsilə kəsintisiz həyata keçirilir.
Yeniləmələr bitdikdən sonra yerüstü və rəqəmsal yayım bərpa olunacaq./Axar.az