Azərbaycanda qəribə HADİSƏ: Su dolduranda salavat çevirmədiyi üçün arvadını...

Azərbaycanda qəribə HADİSƏ: Su dolduranda salavat çevirmədiyi üçün arvadını...

Sabirabadda 30 yaşlı kişi arvadı və ögey oğlunu döyüb.

 

Sfera.az xəbər verir ki, Cəmil Quliyev (adlar şərtidir) həyətdə olarkən arvadı Günay Quliyevanı qəhvədana su doldurmamışdan qabaq salavat çevirməməsini bəhanə edərək baş və bədəninin müxtəlif nahiyələrindən vurub. Doldurduğu suyu şaxtalı havada onun üzərinə töküb.

 

Araşdırmalar zamanı məlum olub ki, bu, Günayın ikinci evliliyidir. 4 aydır Cəmil Quliyevlə evlənən qadın ilk evliliyindən olan oğlunu da özü ilə birlikdə onlara gətirib. Lakin C.Quliyev mütəmadi olaraq ögey oğlunu döyüb. Sonuncu dəfə isə dərslərini yaxşı oxumadığını deyərək onu tənbeh etmək bəhanəsi ilə başını stolun tininə vurub. Həmin vaxt Günay Quliyevanın yalvarışlarına baxmayaraq, azyaşlının bədəninə yumruq və təpiklərlə xəsarətlər yetirib. Daha sonra uşağı evin zirzəmisinə salaraq gecə saat 02:00 radələrinədək orada saxlayıb. Bununla da qanunsuz azadlıqdan məhrum etmə cinayətini törədib.

 

Bu əməllərinə görə, Cəmil Quliyev barəsində cinayət işi başlanıb. O, məhkəmənin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.

 

Təqsirləndirilən şəxs qeyd olunan əməlləri boynuna almayıb və azadlığa buraxılmasını tələb edib. Lakin yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən saxlayıb. (qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...