Yanvarda pomidor, xurma, pambıq ixracı azalıb

Yanvarda pomidor, xurma, pambıq ixracı azalıb

Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarının miqdarı və dəyəri 2023-cü ilin birinci ayında ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.


Sfera.az xəbər verir ki, ixrac edilən məhsulların ümumi dəyəri 62,1 milyon dollara düşüb. Ötən ilin yanvarı ilə müqayisədə ixracın dəyərində 18,4 milyon dollar azalma qeydə alınıb. 


Aqrar məhsulların ixracında azalma bütün əsas məhsullarda qeydə alınıb. 


Tərəvəzin ixrac miqdarı min ton azalaraq 12,3 min ton, ixrac dəyəri 3,2 milyon dollar azalaraq 12,2 milyon dollar olub. Tərəvəzlərdən daha çox pomidor ixracı azalıb. Pomidorun ixrac miqdarı 2,5 min ton, ixrac dəyəri isə 3,2 milyon dollar azalıb. 


Meyvənin ixrac miqdarında azalma 2 min ton, ixrac dəyərində azalma 4,5 milyon dollar təşkil edib.Meyvələrdən əsasən xurma ixracında azalma daha böyük olub. Xurma ixracında azalma 6,3 milyon dollar təşkil edib. 


Kənd təsərrüfatı malları arasında ixrac payı böyük olan pambıq mahlıcının satışı da azalıb. Yanvarda pambıq mahlıcının ixracından 6,8 milyon dollar az vəsait əldə edilib.  


Qeyd edək ki, kənd təsərrüfatı mallarının ixrac miqdarının azalması istehsalçılar üçün yaxşı hal olmasa da istehlakçılar üçün əlverişli haldır. Çünki ixraca daha az məhsulun göndərilməsi səbəbindən daxili bazara çıxarılan malların miqdarı artacaq. Bu vəziyyətdə kənd təsərrüfatı məhsullarının qiymətinin sabitləşməsi, hətta bir qədər enməsi mümkündür. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR