Kiyevə gedən Baydendən İLK AÇIQLAMALAR: “Milyardlarla dollarlıq..”

Kiyevə gedən Baydendən İLK AÇIQLAMALAR: “Milyardlarla dollarlıq..”

Co Bayden Mariinski sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, Zelenski Baydenə səfərinin bütün ukraynalılar üçün son dərəcə mühüm dəstək əlaməti olduğunu bildirib. 

 

Ukrayna prezidenti qeyd edib ki, sammitdə uzaqmənzilli silahlar gündəmdədir. 

 

Bayden isə Kiyevdə Ukraynaya yeni yardım paketini açıqlayıb. Yeni yardım paketinin 500 milyon dollar dəyərində olduğunu vurğulayan Ağ Ev rəhbəri sözügedən paketdə HIMARS sursatının olduğunu bildirib. ABŞ prezidenti bəyan edib ki, yeni paketin təfərrüatları çərşənbə axşamı açıqlanacaq. O həmçinin, Ukrayna hökumətinə milyardlarla dollarlıq büdcə dəstəyi verəcəyini söyləyib. 

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR