Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7926 nəfərdir.


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin sonuna olan məlumata əsasən, onların 50,6 faizi tikintidə çalışır. 


Əcnəbi işçilərin 12,3 faizi mədənçıxarma sənayesində, 6,4 faizi emal sənayesində, 4,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,2 faizi təhsil, 3,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 18,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.


Vasif


OXŞAR XƏBƏRLƏR