"Boş yerə vaxt xərcləmə" - Zelenskidən Makrona REAKSİYA

“Rusiya ilə dialoq vaxt itkisidir”.

 

Sfera.az bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronun Rusiya ilə dialoq qapısını açıq saxlamaq fikirlərini dəyərləndirərkən deyib.  

 

İtaliyanın “Corriere” qəzetinə açıqlama verən Zelenski düşüncələrini bu cür ifadə edib: 

 

"Bu, faydasız dialoq olacaq, əslində, Makron vaxtını boş yerə xərcləyir. Biz Rusiyanın mövqeyini dəyişə bilmərik. Keçmiş sovet imperiyasını yenidən qurmaq xəyalı ilə özlərini təcrid etmək qərarına gəliblərsə, onlara kömək edə bilmərik. Beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların öz ixtiyarındadır”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR