Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

Azərbaycanda bu məhsullar BAHALAŞDI - SİYAHI

Azərbaycana ötən il idxal edilən mallar 22,2 faiz bahalaşıb. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il bütün mal qrupları üzrə qiymətlər artıb. 


Qida məhsullarında qiymət artımları 20-33 faiz səviyyəsində olub. 


Qida məhsullarında heyvan mənşəli olanların idxal xərci 22 faiz artıb. Heyvan mənşəli məhsullardan süd məhsulları və quş yumurtasının dəyəri daha çox artıb. Həmin məhsullarda bahalaşma 28 faiz olub. Digər heyvan mənşəli məhsulların dəyəri isə 14-17 faiz artıb. 


Bitki mənşəli qida malları 17 faiz bahalaşıb. Burada daha yüksək bahalaşma taxılda (24 faiz) baş verib. Digər bitki məhsulları 5-15 faiz bahalaşıb. O cümlədən Azərbaycana gətirilən tərəvəzlər 6 faiz, meyvələr 7 faiz bahalaşıb. 


Ötən il ölkəmizə gətirilən piy və yağların qiymətində ciddi artım qeydə alınıb. İdxal yağları 33 faizdən çox bahalaşıb. 


Hazır qida məhsullarında da bahalaşma yüksək olub. Bu növ məhsulların dəyəri orta hesabla 23 faiz artıb. 


Xüsusən tərəvəz və meyvədən alınan emal məhsulları 50 faizdən çox artıb.  


Qeyri-ərzaq mallarından isə saatlar 107 faiz, qiymətsiz metallardan hazırlanan alətlər, qaşıqlar və çəngəllər 48 faiz, metal-keramika məhsulları 48,2 faiz, şüşə və ondan hazırlanan məmulatlar 48 faiz, oyunlar və idman inventarları 46 faiz bahalaşıb.


Xatırladaq ki, ötən il Azərbaycanda 13,9 faiz bahalaşma baş verib. Qiymət artımlarının yüksək olmasında idxal mallarının dəyərinin kəskin artması əsas rol oynayıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR