Siyəzəndə 62 yaşlı qadın itkin düşdü

Cəmiyyət
14:04 / 20.02.2023
18339
Siyəzəndə 62 yaşlı qadın itkin düşüb.
Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, rayon ərazisində yaşayan 62 yaşlı Nazilə İsmayılova yanvarın 24-də yaşadığı ünvandan çıxıb gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinin (023) 304 13 03 şəhər və (070) 733 83 19 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.