Qusarda yeniyetmə qardaşının tüfəngdən açdığı atəş nəticəsində ağır yaralandı

Kriminal
21:29 / 19.02.2023
80537
Qusar rayonunun Torpaqkörpü kəndində yeniyetmə kiçik qardaşının tüfəngdən açdığı atəş nəticəsində yaralanıb.
Sfera.az xəbər verir ki, 2012-ci il təvəllüdlü Bədəlov Emil Radik oğlu özündən yaşca balaca qardaşının tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə sağ göz nahiyəsindən xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./Report