Riçard Girin həyat yoldaşı övladlarını ictimaiyyətə göstərdi - FOTO

Riçard Girin həyat yoldaşı övladlarını ictimaiyyətə göstərdi - FOTO

Fevralın 16-da 40 yaşını qeyd edən amerikalı aktyor Riçard Girin həyat yoldaşı Alejandra Silva göstərdikləri sevgilərinə görə ailəsinə, dostlarına və İnstaqramda izləyicilərinə təşəkkür edib.
 

"Ad günü arzularınız üçün hamınıza təşəkkür edirəm. Ailəmizdəki hər kəsin xəstələnməsindən təxminən üç həftə sonra, bu gün nəhayət, özümü çox yaxşı hiss edirəm! Bütün sevginiz və dəstəyiniz üçün təşəkkür edirəm. Sevginiz qarşılıqlıdır”!


Qeyd edək ki, 33 yaş fərqinə baxmayaraq, Alejandra və Riçard xoşbəxt evlidirlər.
 

Aktyorun həyat yoldaşı daim oğullarının üzünü göstərməməyə çalışır. Apreldə kiçik övladlarının üç yaşı tamam olmasına baxmayaraq onun adı hələ də gizli saxlanılır.
 

İspaniyalı publisist və siyasətçi postunu Girlə olan iki övladı - 4 yaşlı Aleksandr və kiçik oğlu ilə okeanda çəkdirdiyi şəkillə tamamlayıb. Arxadan həm ana, həm də körpələr göstərilir.

Alejandra daim şəxsi həyatlarını gizli saxlayır və onun profilində uşaqların şəkilləri nadir halda olur.
 

Gir və Silva 2018-ci ilin aprelində gizli bir mərasimlə nikahlarını rəsmiləşdirib. Bundan əvvəl cütlük təxminən üç il görüşüblər.


Cütlük oğullarının üzlərini mediadan da daim gizlədir.

Silva ilə iki övladından başqa, Girin Keri Louelllə ikinci evliliyindən 23 yaşlı Homer adlı oğlu var. Alejandranın isə 9 yaşlı Albert adlı böyük oğlu da var. Uşağın atası mədən maqnatı Qovind Fridlanddır.
 

Xatırladaq ki, ötən il Rusiyanın işğalından bir neçə gün sonra Silva öz hesabında Ukraynanın bayrağını yerləşdirərək, Ukraynaya dəstək vermişdi. Riçard Gir də eyni şeyi edib və hətta kolleksiyasından bir avtomobil satıb, pulu Rusiya təcavüzünün qurbanlarına kömək etmək üçün bir xeyriyyə fonduna bağışlamışdı.
 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...